Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - "HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏ..."

Rusiya pasportu daşıyanlar Xankəndini niyə tərk edir? - "HAMI HAZIR OLSUN, YAXIN GÜNLƏRDƏ..."
SİYASƏT
17:12 22.08.2023
1997
"Separatçıların Azərbaycanı tərk etməsi bir çox mətləblərdən xəbər verir”.

Xəbər verdiyimiz kimi Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Məntəqədən 60-a yaxın şəxsin sərbəst şəkildə keçid etdiyi bildirilir. 

Məlum olub ki, onlar əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Eyni zamanda həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
 


Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Elman Məmmədov açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın  arxasından bu oyunları çevirməyə  2020-ci ilin noyabrdan başlayıb:

"Ermənilərin arzusu ilə onlara Rusiya vətəndaşı pasportu paylanılıb. Sonra nədənsə ya ermənilər istəmədilər, ya da onlar bu prosesi dayandırdılar. İndi də qaçıb gedirlər. Təbii ki, onların içərisində rus yoxdur, hamısı ermənidir. Separatçıların getməyi bir çox mətləblərdən xəbər verir. Ola bilsin ki, ruslar xoşa gəlməz bir vəziyyət yaradacaqlar, ona görə də öz vətəndaşlarını tədricən ərazidən kənarlaşdırırlar. Ya da həmin adamlar artıq başa düşürlər ki, yolun sonuna çatıblar. Onların buradakı fəaliyyətinə artıq son qoyulub”.

Elman Məmmədov hesab edir ki, artıq Qarabağdakı ermənilər üçün iki seçim var:

"Birinci seçim - Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşasınlar. İkinci seçim isə, ərazimizi tərk edib, çıxıb getsinlər. Bu Azərbaycan dövlətinin qarşıya qoyduğu tələbdir. Azərbaycan heç kimi zorla çıxarmır. Təklif verib ki, vətəndaşlığı qəbul etsinlər.  Azərbaycan dövləti ərazisində başqa ölkənin vətəndaşı kimi yaşamaq istəyənlər  üçün yol açıqdır. Görünür köç başlayıb, ümid edirik ki, sayları daha çox olacaq”.

AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov isə düşünür ki, Vaqif Xaçaturyanın aqibətini öz üzəridə hiss edən terorçular geci-tezi Azərbaycan qanunları ilə mühakimə olunacaqlar:
 


"Son zamanlar bir ovuc xunta rejminin nümayəndəsinin Qarabağda yaşayan erməni vətəndaşlarımızı girov saxlaması, onların qərar vermələrinə şərait yaratmamaları, xof yaratmaları erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mənfi təsir göstərməkdədir. Belə ki, Bakıda və digər şəhərlərdə təklif olunun görüşlər hələlik cavabsız qalıb. Vaqif Xaçaturyanın aqibətini öz üzəridə hiss edən terorçular geci-tezi Azərbaycan qanunları ilə mühakimə olunacaqlar. Çünki onların əli azərbaycanlı insanların qanına batıb. 60-a yaxın Rusiya pasportu olan şəxsin Xankəndi və ətraf bölgələrdən ərazimizi tərk etməsi onu deməyə əsas verir ki, artıq bu təhlükənin yaxında olduğu hiss edirlər. Buna görə də, zamanında Azərbaycanı tərk etmək qərarı veriblər. Onları hansı aqibətin gözlədiyinin fərqinə varıblar”. 

Deputat qeyd edib ki, ermənilər Xankəndində tələm-tələsik öz obyeklərini satışa çıxarmağa başlayıblar:

"Xankəndi və ətraf ərazilərdə evlərin qiyməti aşağı düşüb. "Telegram” kanallarda şəhərdə "Asan Xidmət” in olacağını, Azərbaycan qanunlarının  işləyəcəyini bildirirlər. Vaxtıdan oranı tərk etməli olduqlarını söyləyirlər. Amma sadə insanlar anlayırlar ki, onlar Azərbaycan qanunları, bayrağı altında firəvan yaşaya biləcəklər. Azərbaycan tərəfi səbrlə bu yolla gedir və Qarabağdakı erməni vətəndaşlarımızın reinteqrasiya olması  üçün vacib addımlar atır”. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı