Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
SOSİAL
23:34 20.01.2023
281

Rusiyanın paytaxtı Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

"Report”un Rusiya bürosu xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.

Daha sonra səfirliyin qonaq evində tədbir keçirilib.

Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səfirləri və hərbi attaşelərinin iştirak etdiyi anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı il 20 Yanvar gecəsi sovet repressiya maşının qarşısına çıxaraq azadlıq tələbi irəli sürən Azərbaycan vətəndaşlarının qəhrəmanlığından danışıb. O qeyd edib ki, həmin dövrdə Azərbaycan blokada şəraitində yaşayırdı və respublikanın haqq səsini heç kim eşitmirdi: "Hadisələrin səhəri günü Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu binaya gələrək sovet rəhbərliyinə qarşı ittihamlar irəli sürdü, həmin qanlı hadisələri cinayət adlandırdı və bu, baş verən faciəyə verilən ilk siyasi qiymət idi”.

Səfir qeyd edib ki, "Qara Yanvar” Azərbaycan tarixinin sağalmamış yarasıdır: "Qara Yanvar dönüş nöqtəsi, sovet dövlətinin öz vətəndaşlarına münasibətdə keçdiyi "qırmızı xətt" idi. Bakının küçələrində partiya biletlərinin necə yığılıb yandırıldığını xatırlayıram, prezident aparatının binasındakı yazıları xatırlayıram. Qorbaçovun faşist olduğunu, insanlarla bu cür davranmağın qəbuledilməz olduğunu xatırlayıram. Bu dönüş nöqtəsi idi”.

Polad Bülbüloğlu vurğulayıb ki, həmin hadisələrdən 33 il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. "İndi ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. Allah onlara rəhmət eləsin!”, - deyə səfir əlavə edib.

Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinn Rusiya bölməsinin rəhbəri Abuzər Bağırov Moskvadakı Daimi Nümayəndəliyimizin önündə 1990-cı ilin 20 yanvarından başlayaraq bir neçə gün davam edən mitinqin təşkilindən danışaraq həmin günlər haqqında xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov və digər natiqlər 1990-cı ilin 20 yanvarında baş verənləri təkcə Azərbaycanın deyil, bütün SSRİ və Rusiyanın tarixinin qanlı səhifəsi adlandırıblar.

Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil edilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR