Hazırda mütəxəssislər "Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq”, - o deyib.