Rusiya Prezidenti Vladimir Putin açıqlamasında Qərbə reaksiya verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Putin Ukrayna müharibəsi və İsrailin Qəzzaya hücumlarına görə Qərb ölkələrini günahlandırıb.
Rusiya liderinin sözlərinə görə, dünya işlərində hökmranlıq etməyə öyrəşmiş görkəmli ölkələr qrupu azalmaqda olan təsirini saxlamaq üçün öz təsirlərini göstərməyə çalışırlar.
Putin deyib ki, əsasən Qərb dövlətlərinin öz maraqları naminə yaratdığı qloballaşma modeli artıq köhnəlib:
"Əsasən Qərb dövlətlərinin öz maraqlarına uyğun olaraq yaratdığı qloballaşma modeli təbii olaraq köhnəlib və hazırda dərin böhran yaşayır. Qlobal əksəriyyətin ehtiyaclarını daha yaxşı qarşılayacaq yeni, daha ədalətli və daha demokratik beynəlxalq münasibətlər sistemi yaranır. Onlar öz təsirlərini saxlamaq üçün əllərindən gələni edəcəklər”.
Ayşən