Rusiya Qafanda Baş konsulluq açacaq

Rusiya Qafanda Baş konsulluq açacaq
DÜNYA
12:37 20.06.2024
113
"Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq".
 
AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib:

"Ermənistanla yanaşı, Maldivdə də Baş konsulluğun açılmasına qərar verilib. Hazırda İndoneziyanın Bali adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Hazırda bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır", - İvanov fikirlərini yekunlaşdırıb.
OXŞAR XƏBƏRLƏR