“Rusiya Qara dənizdə mülki gəmiləri hədəfə ala bilər”

“Rusiya Qara dənizdə mülki gəmiləri hədəfə ala bilər”
DÜNYA
13:06 05.10.2023
145
İngiltərə Xarici İşlər Nazirliyi Rusiyanın Qara dənizdə mülki gəmiləri hədəfə almaq üçün minalardan istifadə edə biləcəyinə dair kəşfiyyat məlumatlarının əldə edildiyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi ikinci ildir davam edir.

Müharibədən əvvəl verdiyi kəşfiyyat məlumatlarında böyük ölçüdə doğru olan İngiltərə yenidən prosesi yaxından izləyir.

Bu çərçivədə dünən İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada əldə edilən kəşfiyyat məlumatları çərçivəsində Rusiyanın Qara dənizdə mülki yük gəmilərini hədəfə ala biləcəyi bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR