Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Qazaxıstanda davam edən kütləvi etiraz aksiyalarına münasibət bildirib.
"Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - deyə Vladimir Putinin sözçüsü vurğulayıb.
Xatırladaq ki, Qazaxıstanda yanvar ayının 2-dən etibarən maye qazın bahalaşmasına görə başlayan etirazlar səngimək bilmir.