Rusiya qazından imtina edən ilk ölkənin adı açıqlanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu ayın əvvəlindən Litva Rusiyadan təbii qaz almasını tamamilə dayandırdığı bildirilib.
Litvanın energetika naziri Dainius Kreivys Rusiyadan qaz idxalının dayandırılmasını "Litva enerji tarixində dönüş nöqtəsi” kimi qiymətləndirib.
Litva prezidenti Gitanas Nauseda bu barədə "Twitter” hesabında məlumat paylaşıb:
"Bu aydan etibarən Litvada artıq Rusiya qazı yoxdur. İllər əvvəl ölkəm elə qərarlar verdi ki, bu gün bizə təcavüzkarla enerji münasibətlərini problemsiz kəsməyə imkan verdi. Biz bunu bacarsaq, Avropanın qalan hissəsi də bunu edə bilər”.
Ölkənin qaza olan tələbatının hamısının mayeləşdirilmiş təbii qaz (LNG) hesabına ödənildiyi bildirilib və qeyd olunub ki, qarşıdakı aylarda idxal olunacaq təbii qazın miqdarı və sözügedən qazın hansı yollardan keçəcəyi ilə bağlı planlaşdırma aparılır.
Bildirilib ki, ehtiyac yaranarsa, mayın 1-dən etibarən Latviya və Polşa üzərindən ölkəyə təbii qaz idxal oluna bilər.
Ayşən Mirzəyeva