Rusiya: Qəzza böhranı müstəqil Fələstin dövlətinin yaradılması ilə həll edilə bilər

DÜNYA
10:45 21.02.2025
343
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirləri toplantısında Qəzzadakı böhranın həlli ilə bağlı çıxış edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Lavrov Qərbin çoxqütblülük reallığına zidd olaraq dünya üzərində hökmranlığını qorumağa çalışdığını deyən Lavrov bunun həm də geosiyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olduğunu bildirib.

Lavrov, "Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarlarına baxmayaraq, bu günə qədər müstəmləkəçilik aradan qaldırılmayıb. Dünyada hələ də müstəqil idarə olunmayan 17 bölgə var. Müstəmləkəçilik təcrübələri siyasətdə, iqtisadiyyatda, sosial və mədəni sahələrdə güclənməkdədir" deyə bildirib.
 
Dünyada gərginlik nöqtələrinin artdığına diqqət çəkən Lavrov sözlərinə belə davam edib:

"Həll edilməmiş Fələstin məsələsi təkcə Qəzzada deyil, Livan, Suriya və Yəməndə də zorakılığı artırıb. Son il yarımda ərəb-İsrail qarşıdurmaları nəticəsində 47 min fələstinli mülki vətəndaş həyatını itirib. Bu, İkinci Dünya Müharibəsindən bu yana ən yüksək rəqəmdir. Məsələnin son həlli yalnız iki dövlətli sülh və Fələstin dövlətində İsrailin ən müstəqil təhlükəsizlik formulunun yaradılması ilə mümkün ola bilər". 
 
Gülay

OXŞAR XƏBƏRLƏR