Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə etdi

Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə etdi
DÜNYA
19:53 20.12.2023
142
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzadan 1100 nəfəri təxliyə etdiklərini açıqlayıb.

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

M.Zaxarova bildirib ki, dekabrın 18-də Qəzza zolağından təxliyə edilən rusiyalıların son qrupu və onların fələstinli ailə üzvləri xüsusi reyslə Qahirədən Moskvaya gəliblər.

"Ümumilikdə 1100-dən çox insan Rusiyaya təxliyə edilib. Dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq",- o əlavə edib.
OXŞAR XƏBƏRLƏR