Rusiya qırıcısı Norveç təyyarəsinin dövlət sərhədini pozmasına imkan verməyib

Rusiya qırıcısı Norveç təyyarəsinin dövlət sərhədini pozmasına imkan verməyib
DÜNYA
18:09 10.07.2024
154
Rusiya Federasiyasının MiQ-31 qırıcısı Norveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin dövlət sərhədini pozmasına imkan verməyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Norveçin P-8A Poseidon təyyarəsi RF-nin dövlət sərhədinə yaxınlaşıb. Rusiyanın Hava hücumundan müdafiə qüvvələrinin növbətçi dəstəsinin MiQ-31 təyyarəsi ona doğru uçub. MiQ-31 bir müddət Poseydonu müşayiət edib, nəticədə Norveç təyyarəsi geri dönüb.

Qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına imkan verilməyib.
 
///APA
OXŞAR XƏBƏRLƏR