Rusiya Federasiyasının Silahlı Qüvvələrinin bölmələri Zolotaya Niva yaşayış məntəqəsini tam nəzarətə götürərək, Kaşlaqaç çayını keçərək sərfəli xətt üzrə möhkəmlənib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinq zamanı bildirib.
O əlavə edib ki, martın 30-da axşam saatlarında havadan buraxılan qanadlı raketlər Donbasdakı Ukrayna qrupunun yanacaqla təmin olunduğu Dnepropetrovsk, Lisiçansk, Çuqev və Novomoskovskda iri yanacaq bazalarını məhv edib.
Gecə ərzində Rusiya aviasiyası Ukraynanın 52 hərbi obyektini, o cümlədən 4 komanda məntəqəsini, İzyumun cənubunda bir "S-300" və Kuraxovo yaxınlığında bir "Buk-M1", iki MLRS, bir raket və artilleriya silahları anbarını, 2 yanacaq anbarını və 38 dayaq məntəqəsini vurub.
///Baku.ws