Rusiya qırıcısı "Su-34” Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərinə zərbələr endirib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, "Su-34” qırıcısı bütün sursatını Belqorod ərazisinə boşaldıb. Nəticədə böyük partlayış baş verib. Yerdə 20 metr dərinliyində çuxur meydana gəlib.
Hadisə zamanı iki nəfər yaralanıb. Park halında olan avtomobillərə isə ciddi ziyan dəyib. Ətrafda yaşayan sakinlər əvvəl təyyarə səsinin sonra isə güclü partlayış səsinin gəldiyini bildiriblər.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda hadisənin yanlışlıqla baş verdiyi qeyd edilib.
AZXEBER.COM həmin görüntüləri təqdim edir: