Rusiyanın Ukraynanın Dnepr şəhərinə raket hücumu nəticəsində tibb klinikası vurulub.
AZXEBER.COM xəbər verir ki, binaya ciddi ziyan dəyib, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski binanın həm psixi sağlamlıq, həm də klinika kimi xidmət etdiyini bildirib. O, raket hücumu nəticəsində binaya ciddi ziyan dəydiyini, 1 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Ayşən