"Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah kimi istifadə etməsi kifayət qədər mənfi və fəlakətli nəticələrə səbəb ola bilər".
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Mariya Zaxarova söyləyib: "Bəzi nəticələr ortadadır. Ukrayna artıq milli maraqlarını itirir, onun yerinə ABŞ-ın maraq və funksiyalarını icra edir".
Ukraynanın şərqindəki Donbas məsələsinə də toxunan Zaxarova burada vətəndaş müharibəsinin doğruduğu nəticələrdən də danışıb. Zaxarova beynəlxalq birliyi Ukraynaya silah tədarükünə embarqo qoymağa çağırıb.
Kremlin sözçüsü Dmitriy Peskovın da gündəmində Ukrayna mövzusu olub. O, Zelenskinin ABŞ-a səfərini müzakirə edib: "Hər kəsə aydındır ki, onlar özləri üçün deyil, Rusiyaya qarşı olduqları üçün dostdurlar. Bu, sadəcə təəssüf doğurur".
Ukraynanın NATO-ya üzv olmaq istəyinə də toxunan Peskov, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması nəticəsində yaxın gələcəkdə bölgədə problemlərin artacağını bildirib.
Mikayıl Mirzəzadə