Rusiya rəsmisi: “İsrail Qəzzada humanitar hüququn bütün normalarını pozur”

Rusiya rəsmisi: “İsrail Qəzzada humanitar hüququn bütün normalarını pozur”
DÜNYA
00:06 27.06.2024
196

Rusiya İsrailin Fələstin torpaqlarına hücumuna reaksiyasını davam etdirir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İsrailin Qəzza zolağında humanitar hüquq normalarını pozduğunu ifadə edib.

O, açıqlamasında deyib:

"İsrailin burada istifadə etdiyi üsullara qarşıyıq. Zorakılığın Livana keçməsi riski var. Bunu İsrail rəhbərliyi də açıqladı. Bəzi tələblər irəli sürülüb. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət, o cümlədən İsrailin müttəfiqləri bunu anlayacaqlar. İsrail Qəzzada humanitar hüququn bütün normalarını pozur”.

Gülay

OXŞAR XƏBƏRLƏR