Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən 76 sərnişin təyyarəsindən məhrum olub.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vitali Savelyev bildirib.
"Təyyarələri götürmək istəyəndə gözlənilmədən təəccübləndik”, - nazir müavini qeyd edib.
V.Savelyev xatırladıb ki, Rusiyada hazırda 1167 sərnişin təyyarəsi istismar olunur.