xari

Rusiya səfiri: “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”

SİYASƏT
13:19 01.12.2020
263
"Azərbaycan Dağlıq Qarabağda nəzarəti altına aldığı rayonlarda xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov TASS-a müsahibəsində deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda dəfələrlə fikrini bildirib. Məsələn, Prezidenti İlham Əliyev noyabrın 23-də Ağdamdakı məscidə baş çəkərkən ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarəti altına keçən ərazilərdəki erməni, alban və pravoslav kilsələri və monastırlarının dövlət tərəfindən qorunduğunu bəyan edib. Noyabrın 25-də Kəlbəcər rayonunun azad edilməsi münasibətilə xalqa telemüraciətində Əliyev növbəti dəfə xristian abidələrin Azərbaycanın tarixi-mədəni irsi, onların dövlət himayəsində olduğunu təkrarladı”, - səfir qeyd edib.

Onun sözlərinə görə, bunlar ən son nümunələrdir. "Bu açıqlamalardan əvvəl İlham Əliyevlə Vladimir Putin arasında noyabrın 14-də baş tutmuş telefon danışığı zamanı da Azərbaycan Prezidenti üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılan ərazilərdəki xristian ziyarətgahlarının təhlükəsizliyinə və normal fəaliyyətinə zəmanət verib”, - M.Boçarnikov əlavə edib.

"Əminəm ki, praktikada da belə olacaq. Azərbaycanı müxtəlif xalqların nümayəndələrinin və bir çox dinlərin ardıcıllarının hüquq və azadlıqlarının bərabər şəkildə təmin olunduğu çoxmillətli və çoxkonfessiyalı dövlət kimi tanıyırıq”, - diplomat vurğulayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:48 16.01.2021

Almaniya polisi Frankfurt aeroportunda əməliyyat keçirir, saxlanılanlar var

23:23 16.01.2021

Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

22:54 16.01.2021

Adam Məmmədovun verilişi efirə qayıtdı: İnsan və Qanun

22:27 16.01.2021

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

22:07 16.01.2021

Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub

21:50 16.01.2021

Bayden mühüm vəzifələrə namizədlərini açıqladı

21:27 16.01.2021

Türkiyəli professor Çin peyvəndinin əlavə təsirlərini açıqladı

20:33 16.01.2021

Özil “Arsenal”la yollarını ayırdı: “Fənərbaxça”ya keçəcəyi gözlənilir

20:18 16.01.2021

Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

20:00 16.01.2021

Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır

19:08 16.01.2021

Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstək verəcək

18:59 16.01.2021

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

18:41 16.01.2021

Dövlət Baxçalı: “Uyğun görülsə, Şuşada məktəb açmaq istəyirik”

18:02 16.01.2021

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

17:51 16.01.2021

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

17:27 16.01.2021

Küçədə yaşayan 25 yaşlı Orxanın həyatı hər kəsi kövrəltdi - VİDEO