Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı

Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı
DÜNYA
22:19 24.10.2023
208
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın "Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.
Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.
OXŞAR XƏBƏRLƏR