Rusiya səfiri İtaliya XİN-ə çağırıldı

Rusiya səfiri İtaliya XİN-ə çağırıldı
DÜNYA
04:52 04.11.2025
157
İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu çağırıb.

AZXEBER.COM bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Rusiya diplomatik missiyası səfirin İtaliya Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib. Məlumata görə, bu addımın atılmasına səbəb Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın şərhi olub.

Belə ki, Zaxarova Romanın mərkəzindəki tarixi qüllənin uçmasını şərh edərək bildirib ki, əgər ölkə hökuməti pullarını Ukraynanı dəstəkləməyə xərcləməyə davam edərsə, bütün İtaliya uçulacaq.
OXŞAR XƏBƏRLƏR