Moskvada müstəntiqlər Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirmiş Mevlüt Altıntaşın rəfiqəsindən ifadə alıblar.
Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, istintaq Altıntaşın hazırda Moskvada yaşayan rus qadınla əlaqələrinin olduğunu üzə çıxarıb. Bir müddət öncə qadın Ankarada olub və cinayətkarla sevgi münasibətlərində olub. Sonradan o, Türkiyədən gedib. Bu, qətlin törədilməsindən əvvəl baş verib.
İfadəsində qadın, doğrudan da, bir müddət Altıntaşla münasibətdə olduğunu bildirib.