Rusiya səfirinini öldürənin ailəsi FETÖ-cü çıxdı - FOTO

Rusiya səfirinini öldürənin ailəsi FETÖ-cü çıxdı - FOTO
DÜNYA
13:36 20.12.2016
1622

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən terrorçunun ailəsi dindirilib.

AZXEBER.COM-un "Milliyet”ə istinadən verdiyi xəbərə görə, cinayətkar Mevlüt Mert Altıntaşın dayısı Həsən.F polis tərəfindən saxlanılıb və dindirilib.

Aydın Polis Şöbəsində aparılan dindirilmə zamanı Həsən F.nin Fətullahçı Terror Təşkilatına (FETÖ) aid bağlanan məktəblərin birinin rəhbəri olduğu ortaya çıxıb. FETÖ-yə aid cinayət işi araşdırmasında Həsən.F-nin dindirildiyi və məhkəmə qərarı ilə sərbəst buraxıldığı bildirilib.

Terrorçunun anası, atası və bacısı ilə birlikdə Ankaranın Yeniməhəllə ilçəsində qaldığı qeyd olunub.

 

 

OXŞAR XƏBƏRLƏR