Rusiya səfirliyi Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi

SİYASƏT
23:51 09.04.2024
356
Rusiyanın Azərbaycandakı səfirliyi Ramazan bayramı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycanlı dostlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirik.

Bu mübarək və sevincli bayramda sizə möhkəm cansağlığı, firavanlıq, uğurlar, tükənməz nikbinlik arzulayırıq.

Qoy Uca Allah hər evə bərəkət, harmoniya, əmin-amanlıq gətirsin və ən əziz arzularınızı həyata keçirsin”.
OXŞAR XƏBƏRLƏR