Rusiya səfiri bugün İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İsveç XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Rusiya səfiri Viktor Tatarintsev XİN-ə çağırılaraq ona Rusiyanın İsveçdəki səfirliyinin 5 əməkdaşının Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə ölkəni tərk etmələrinin tələb olunub.
Gülay