Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır

DÜNYA
13:55 28.12.2024
141
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki rusiyalının vəziyyəti ağırdır.

Bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərində və Moskva Səhiyyə Departamentinin xəstəxanasında Aktaudakı təyyarə qəzasında xəsarət alan 9 rusiyalının müalicəsi davam edir. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır, dörd nəfər, o cümlədən bir uşaq orta ağır vəziyyətdədir, həkimlər üç nəfərin vəziyyətini isə yüngül qiymətləndirirlər", - o qeyd edib.

Köməkçinin sözlərinə görə, xəsarət alanlara bütün zəruri tibbi yardım göstərilir.
 
///report

OXŞAR XƏBƏRLƏR