“Eurovision”da Rusiya təmsilçisinə verilən səslərin oğurlamnası Moskvanın xoşuna gəlməyib. AZXEBER.COM-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib. Onun sözlərinə görə, bu, biabırçı hadisədir və cavabsız qalmayacaq.Elmar Məmmədyarov isə insidenti “detektiv tarixçə” adlandırıb. O, Azərbaycanın üç iri telefon operatorunun məlumatlarını açıqlayıb. Həmin rəqəmlərə görə, Rusiya Azərbaycandakı səsvermədə Ukraynadan sonra ikinci yeri tutub. “Bu səslər necə oldu? Hansı şəkildə yoxa çıxdı? Təbii ki, bu suallar bizim İctimai Televiziyaya aiddir. Araşdırmanı o aparmalıdır. Çünki Avropa Yayım İttifaqının əsas tərəfdaşıdır”.