Rusiya Silahlı Qüvvələri Zaporojyeni atəşə tutub: ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Zaporojyeni atəşə tutub: ölənlər və yaralananlar var
DÜNYA
10:18 20.03.2026
219
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 800-dən çox zərbə vurub, nəticədə üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz Teleqram kanalında bildirib.

"Zaporojye və vilayətin Zaporojye, Poloqi rayonlarına hücumlar nəticəsində üç nəfər həlak olub, dörd nəfər, o cümlədən bir uşaq yaralanıb. Ümumilikdə sutka ərzində RF Zaporojye vilayətinin 40 yaşayış məntəqəsinə 864 zərbə endirib", - Fedorov yazıb.
 
"Report"
OXŞAR XƏBƏRLƏR