Rusiya sülhməramlıları öz vətəndaşlarını Qarabağdan çıxardılar

Rusiya sülhməramlıları öz vətəndaşlarını Qarabağdan çıxardılar
SİYASƏT
14:44 07.04.2023
395
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları buraya əvvəllər gəlmiş Rusiya Federasiyası vətəndaşlarını bu ərazilərdən çıxarıblar.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Peacekeeper" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, əldə olunan razılaşmalar çərçivəsində Rusiya vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Beşi uşaq olmaqla 63 nəfər çıxarılıb.
OXŞAR XƏBƏRLƏR