Noyabrın 11-də məlum olub ki, dağıstanlı general-leytenant Rüstəm Muradov Qarabağa gəlmiş sülhməramlı hərbi hissənin komandiri təyin olunub.
Rüstəm Usman oğlu Muradov 1973-cü il martın 21-də Dağıstanın Dərbənd bölgəsinin Çinar kəndində anadan olub. Buranın əhalisinin böyük hissəsi (2010-cu il siyahıyaalınmasına görə) azərbaycanlılar (təxminən 35%), dağıstanlılar və tabasaranlılardır.
Muradov tabasaranlıdır (Şimali Qafqazın yerli əhalisi. Əsasən Dağıstanda yaşayırlar). Muradovun valideynləri Çinar kəndinə Dərbənd bölgəsinin Xanak kəndindən köçüblər.
Dağıstan Respublikasının Milli Siyasət və Din Məsələlər Nazirliyi bildirir ki, xalq özünü "tabasaran”, "kabqan” adlandırır.
Əlavə olaraq qeyd edək ki, Muradov Kazanın Suvorov hərbi məktəbini bitirib. 1990-cı ildən xidmətdədir. Leninqradın S.M.Kirov adına ali ümumqoşun komandanlıq məktəbini (1995) və Rusiya silahlı qüvvələrinin baş qərargahının hərbi akademiyasını (2015) fərqlənmə ilə bitirib.
O, iki çeçen müharibəsindən keçib, müxtəlif illərdə 242-ci atıcı alayın komandiri, 17-ci əlahiddə motoatıcı briqadasının komandiri, Şərq Hərb Dairəsinin Lozovski əlahiddə motoatıcı briqadasının komandiri olub.
2012-ci ildə general-mayor rütbəsi alıb. 2013-cü ildən 2014-cü ilə qədər Mərkəzi Hərb Dairəsinin Lisiçansk regional tədris mərkəzinin rəisi olub. 2014-cü ildən 2017-ci ilə qədər 41-ci ordunun rəisinin birinci müavini və rəisi vəzifəsini tutub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi olub. Hərbi vəzifəsini yerinə yetirəndə cəsarətinə və qəhrəmanlığına görə "Rusiya Federasiyasının qəhrəmanı” rütbəsinə layiq görülüb.
2020-ci il fevralın 20-də Rusiya Federasiyası prezidentinin əmri ilə general-leytenant rütbəsi alıb.
"Vətənə qarşı xidmətə görə” IV və III dərəcəli ordenlə, "Cəsarət” ordeni ilə, "Hərbi xidmətə görə” ordenlə və Müdafiə Nazirliyinin digər medalları ilə təltif olunub.
Evlidir. İki qızı və iki oğlu var.