Rusiya sülhməramlısından növbəti təxribatçı addım - VİDEO

Rusiya sülhməramlısından növbəti təxribatçı addım - VİDEO
SİYASƏT
21:26 01.01.2021
5678

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətlərində növbəti dəfə məqsədi aşan fikirlər səsləndirilib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu dəfə sülhməramlıların tərkibinə daxil olan hərbi qulluqçulardan biri Yeni illə bağlı tost deyərkən ermənilərə səslənib.

Laçında xidmətini davam etdirən rusiyalı hərbi qulluqçu ermənilərə səslənərək narahat olmamağı, onların yanında olduqlarını, Qarabağa məhz onlar üçün gəldiklərini bildirib:

"Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer edək. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”

Rusiyalı hərbçi yekunda erməni dilində erməniləri salamlayıb və Laçın şəhərinin adını ermənilərin adlandırdığı kimi, Berdzor olaraq tələffüz edib.

Dünyanın istənilən bölgəsində sülhməramlı əməliyyatın əsas prinsipi münaqişə tərəflərinə qarşı qərəzsiz olmaqdır. Müharibə edən qəzəbli tərəflər sülhməramlıların hərəkətlərində hər aspekti xüsusi araşdıracaqlar. Məhz buna görə də münaqişə tərəfləri arasında dayanmağa qərar verən barışıq tərəfi üçün obyektiv mövqe və etimad vacib məfhumdur.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin ayırması missiyalarını qərəzsiz yerinə yetirmələrindən çox qısa zaman keçdi.

Görünən odur ki, kontingentin tərkibinə daxil olan hərbçilərin bəziləri missiyalarından xəbərsizdir və Qarabağa nəyə görə gəldiyini unudub. Ermənilərə açıq mətnlə dəstək verən hərbçi öz qərəzini aydın şəkildə nümayiş etdirir. Bu, sülhməramlılarla bağlı ilk belə hal deyil. Bundan öncə də onların öz məqsədlərini aşan müəyyən açıqlamaları, hərəkətləri olmuşdu.

Görünür, əllərinə düşən hər fürsətdə ermənilərə olan sevgilərini ifadə edən rusiyalı əsgərlər həm öz ölkələrinin də imzaladığı üçtərəfli Bəyanata, həm dövlətlərarası digər razılaşmalara, həm də missiyalarına xəyanət edirlər.

Əgər bu, əsgərin öz şəxsi təşəbbüsü ilə olursa, mütləq öz komandanlığı tərəfindən cəzalandırılmalı, kontingentin tərkibindən uzaqlaşdırılmaldır. Əks halda Azərbaycan ictimaiyyəti arasında sülhməramlılara qarşı yaranmış şübhələr daha da genişlənəcək və bu missiya öz əhəmiyyətini itirəcək.

Sözügedən videonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər