Rusiya təyyarəsi Almaniyanı təşvişə saldı

Rusiya təyyarəsi Almaniyanı təşvişə saldı
DÜNYA
13:26 31.01.2024
210
Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsinin Almaniya Hərbi Hava Qüvvələrində təşvişə səbəb olduğu bildirilir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya kəşfiyyat təyyarəsinin Rügen adası sahillərində transpondersiz uçan İlyuşin İl-20 tipli hava qüvvələrinə aid döyüş təyyarələrinin təcili olaraq havaya qalxdığı bildirilib.

Almaniya Hərbi Hava Qüvvələrinin X sosial media platformasındakı hesabından verilən açıqlamada Baltik dənizi üzərində bir müddət Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsinin müşayiət edildiyi açıqlanıb.

Məlumat üçün bildirək ki, ötən ilin aprelində də oxşar hadisə baş vermişdi. Alman döyüş təyyarələri bir müddət Rusiya təyyarəsini müşayiət edərək hava məkanından çıxarmışdı.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR