Rusiyadan Türkiyəyə gözlənilməz ŞƏRT: Bunu etsə, taxıl ixracı dayandırılacaq

Rusiyadan Türkiyəyə gözlənilməz ŞƏRT: Bunu etsə, taxıl ixracı dayandırılacaq
DÜNYA
16:08 27.07.2022
479
Rusiya Türkiyə ilə taxıl müqaviləsinin pozula biləcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə BMT-nin himayəsində olan taxıl müqaviləsi gündəmdə qalarkən, Rusiya mövzu ilə bağlı açıqlama verib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı qarşısındakı maneələr dərhal aradan qaldırılmasa, Türkiyənin başçılıq etdiyi və Qara dənizdəki Ukrayna limanlarından taxıl ixracına yenidən başlayacaq taxıl dəhlizi sazişi pozula bilər.

Rudenko yaxın vaxtlarda Ukraynadan taxıl daşınmasının bərpa olunacağını bəyan edib və taxıl dəhlizi sazişinin qorunub saxlanacağına ümid etdiyini bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR