Rusiyanın kəşfiyyat qurumu FSB Ukraynanın Türkiyəyə gedən təbii qaz kəmərinə hücumun qarşısını aldığını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, FSB təşkil etdiyi reydlər zamanı təxribatda istifadə edilməsi planlaşdırılan mina və plastik partlayıcı maddələrin ələ keçirildiyini bildirib.
Həmçinin "Cənub axını” boru kəmərini hədəf almağı planlaşdıran təxribata dəstək verən bəzi rusların da saxlanıldığı açıqlanıb.
Qeyd edək ki, "Cənub axını” kəməri Rusiya təbii qazının Qara dəniz üzərindən Bolqarıstana nəqlini nəzərdə tutan bir boru kəməri layihəsi idi, lakin sonradan layihə ləğv edildi və "Türk axını” təbii qaz kəmərinə üstünlük verildi.
Ayşən