Ukrayna gecə saatlarında 54 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən hücumla bağlı verilən açıqlamada "Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki terror obyektlərinə təyyarə tipli PUA-lardan istifadə etməklə hücum cəhdinin qarşısı alınıb” deyə bildirilib.
Açıqlamada Rusiya hava hücumundan müdafiə sistemlərinin ümumilikdə 54 PUA-nı zərərsizləşdirdiyi, Kursk vilayətində 27, Bryansk vilayətində 16, Smolensk vilayətində 7, Belqorod vilayətində 3 və 1 İHA-nın vurulduğu bildirilib.
Digər tərəfdən, Tver vilayəti administrasiyasından verilən açıqlamaya görə, Toropets şəhərində qəzaya uğrayan PUA dağıntılarının və bunun nəticəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Gülay