Səudiyyə Ərəbistanı hökuməti Ukraynada sülhün bərqərar olması üçün avqustun ilk həftəsində beynəlxalq sülh sammitinə ev sahibliyi etməyə hazırlaşır.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, "Wall Street Journal” da yer alan xəbərə görə, sammitdə Qərb ölkələri və Ukrayna ilə yanaşı, Hindistan və Braziliya kimi inkişaf etməkdə olan ölkələrdən də nümayəndələrin iştirakı gözlənilir.
Sammit öncəsi görüşlərdə iştirak edən diplomatların verdiyi məlumata görə, avqustun 5-6-da Ciddədə keçirilməsi planlaşdırılan sammitə 30-a yaxın ölkənin rəsmiləri qatılacaq.
Görüşdə Ukrayna tərəfinin irəli sürdüyü 10 maddəlik "sülh formulu” müzakirə ediləcək.
Şəbnəm