Rusiya Ukrayna bölgəsinə zərbə endirdi: Ölənlər və yaralananlar var

Rusiya Ukrayna bölgəsinə zərbə endirdi: Ölənlər və yaralananlar var
SOSİAL
17:45 17.07.2023
173
Rusiya hərbçiləri Ukraynanın Sum vilayəti ərazisini artilleriyadan atəşə tutub.

Bu barədə Sum Vilayət Hərbi Administrasiyası məlumat verib.

"Bu gün saat 12:35-dən 12:39-dək Belopolye şəhəri istiqamətində yerləşən ərazi artilleriya atəşinə (3 partlayış) məruz qalıb”, - deyə məlumatda bildirilib.

Hücum nəticəsində inzibati bina dağıdılıb. Ölənlər və yaralananlar var. Onların sayı dəqiqləşdirilir.
Yaralılara operativ tibbi yardım göstərilir.
OXŞAR XƏBƏRLƏR