Rusiya Ukrayna HHM-i çaşdırmaq üçün sursat istifadəsini artırıb

Rusiya Ukrayna HHM-i çaşdırmaq üçün sursat istifadəsini artırıb
DÜNYA
19:08 17.05.2023
212
Rusiya Ukrayna Hava Hücumundan Müdafiə (HHM) qüvvələrini çaşdırmaq və ya onlardan yayınmaq məqsədilə həmişəkindən daha çox sursat istifadə edir.

Bu barədə CNN-ə adı açıqlanmayan ABŞ rəsmisi bildirib.

Rəsmi qeyd edib ki, Moskva qüvvələri Kiyevdəki komanda və idarəetmə mərkəzlərinə, həmçinin digər yüksək əhəmiyyətli lokasiyalara bir dəfəyə bir neçə istiqamətdən daha genişmiqyaslı hava hücumları həyata keçirib.

Əlavə edib ki, Rusiyanın hava hücumlarını intensivləşdirməkdə məqsədi Ukraynanın çoxdan gözlənilən əks-hücumunu ləngitmək ola bilər, lakin Ukrayna bu hücumlara tab gətirə bilib və raketlərin, dronların böyük əksəriyyətini Qərbdən əldə etdiyi HHM sistemləri vasitəsilə zərərsizləşdirib.

Əlavə olunub ki, bu hücumlar Ukraynanın üstünlüyünə xidmət edə bilər, çünki nəticədə Rusiya dəqiq zərbə endirməyə qadir məhdud sayda sursatlarını tükəndirir.
 
///APA
OXŞAR XƏBƏRLƏR