Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb

DÜNYA
18:59 22.08.2024
143
Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb.

Bu barədə Rusiya Baş nazirinin müavini Denis Manturov Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib.

Onun sözlərinə görə, 115 min nəfər təhlükəli sərhəd bölgələrindən köçürülüb.

Manturov Nazirlər Kabinetinin sərhəd rayonlarında vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi üçün 1,9 milyard rubl ayrılması ilə bağlı qərar hazırladığını da söyləyib.
 
///apa
OXŞAR XƏBƏRLƏR