Rusiya: "Ukrayna Krımı işğal etməyə cəhd edib"

Rusiya: "Ukrayna Krımı işğal etməyə cəhd edib"
DÜNYA
11:11 04.10.2023
168
Rusiya bəyan edib ki, Ukrayna desant qüvvələrinin Krıma daxil olmaq cəhdinin qarşısı alınıb.

AZXEBER.COM xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı alındığını bildirib.

Nazirlikdən verilən açıqlamada Ukrayna əsgərlərinin gecə saatlarında Krıma girməyə cəhd etdiyi bildirilib. Açıqlamada bildirilib ki, Qara dənizin şimal-qərbindəki Tarxankut burnuna doğru irəliləyən Ukrayna silahlı qüvvələrinin desant bölməsinin Krım ərazisinə daxil olmaq cəhdinin qarşısı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr, sürətli hərbi katerlər və 3 dəniz vasitəsi ilə alınıb.

Açıqlamada, Ukraynanın gecə saatlarında Rusiya ərazisindəki obyektlərə təyyarə tipli pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyi, 31 Ukrayna təyyarəsi tipli PUA-nın isə hava məkanında hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyi bildirilib.

Gülay
OXŞAR XƏBƏRLƏR