Rusiya - Ukrayna müharibəsi bu tarixdə bitəcək: Qərb Putinin planını açıqladı

Rusiya - Ukrayna müharibəsi bu tarixdə bitəcək: Qərb Putinin planını açıqladı
MANŞET
15:19 08.04.2022
3073
Rusiya prezidenti Putinin işğalın başa çatması üçün verdiyi tarixin bəlli olduğu iddia edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərb mənbələri Rusiya liderinin işğalın sona çatması üçün seçdiyi tarixi və bunun kritik səbəbini açıqlayıb.
 
Qeyd edilir ki, Rusiya lideri generallarına mayın 9-dək müharibəni bitirməyi əmr edib.
 
Bundan başqa Ukrayna baş nazirinin müavini Vereşçuk Rusiyanın son günlərdə bütün hərbi resurslarını Donbasa yönələtdiyini bildirib.

O, buradakı mülki şəxslərin ərazini tərk etməli olduqlarını bildirərək xalqa xəbərdarlıq edib. "İnsanların həyatı təhlükə altında olacaq və bizim girib onları xilas etmə şansımız olmayacaq. Bu səbəbdən indidən mülki şəxslərin bölgəni tərk etməyə səsləyirik. Bu, artıq ölüm-qalım məsələsidir” deyə İrina Vereşçuk bildirib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR