Makron Rusiya və Ukrayna arasında barışığın mümkün olduğunu bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron katolik xeyriyyə təşkilatı Sant'Egidio Community tərəfindən təşkil edilən tədbirdəki çıxışında Rusiya-Ukrayna müharibəsində sülhün mümkün olduğunu bəyan edib.
Rusiya-Ukrayna müharibəsində sülhün mümkün olduğunu vurğulayan Makron "Rusiya-Ukrayna arasında barışıq mümkündür, buna isə yalnız onlar (Ukraynalılar) qərar verməlidir”,- deyərək sülhün bugünkü gün gerçəkləşə biləcəyini, lakin razılığın əldə olunmasına ehtiyac olunduğunu bildirib.
Ayşən