Rusiya Ukrayna ordusunun verdiyi itkiləri açıqladı - YENİ RƏQƏMLƏR

Rusiya Ukrayna ordusunun verdiyi itkiləri açıqladı - YENİ RƏQƏMLƏR
DÜNYA
14:36 04.03.2022
2154
Rusiya Silahlı Qüvvələri hərbi xüsusi əməliyyat başlayandan bəri Ukraynanın 1800-dən çox hərbi obyektini məhv edib.

AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov cümə günü bildirib.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin 65 komanda məntəqəsi və rabitə mərkəzi, 56 ədəd "S-300" zenit raket kompeksi, "Buk M-1" və "Osa” sistemləri, 59 radar stansiyası vurulub.

Ukrayna Silahlı Qüvvələrinin yerdə 49 və havada 13 təyyarəsi, 635 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 252 səhra artilleriya və minaatan, 442 ədəd xüsusi təyinatlı hərbi texnikası, o cümlədən 54 pilotsuz uçuş aparatı da məhv edilib.
OXŞAR XƏBƏRLƏR