Kreml Belarusa Ukrayna raketinin düşməsindən narahat olub.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Belarusda Ukrayna raketi ilə bağlı insidentin Kremldə hədsiz narahatlığa səbəb olduğunu qeyd edib.
Peskov Rusiya və Belarus hərbçilərinin daimi təmasda olduğunu vurğulayıb: "Rusiya Federasiyası və Belarus hərbçiləri arasında dialoqun etibarlı xarakteri ən həssas informasiyanı tez bir zamanda mübadilə etməyə imkan verir".