Rusiya Ukraynada hərbi aktivliyini azaldacaq

Rusiya Ukraynada hərbi aktivliyini azaldacaq
DÜNYA
18:56 29.03.2022
450
Rusiya Müdafiə Nazirliyi Ukraynada Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyini azaltmaq qərarına gəlib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

O, Ukraynanın bitərəf və nüvəsiz statusuna, habelə bu ölkəyə təhlükəsizlik zəmanətinə dair danışıqlarda irəliləyiş əldə olunması nəzərə almaqla, habelə "qarşılıqlı etimad əldə etmək” məqsədilə bu addımı atdıqlarını diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR