Rusiya Ukraynanın Zaporojya şəhərinin cənubunda, Orixiv şəhərində yardım ləvazimatlarının saxlanıldığı məktəbə güclü zərbələr endirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
10-dan çox adamın dağıntılar altında qaldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Həyatını itirənlərdən üçünün qadın olduğu açıqlanıb.
Ukrayna Milli Polisindən verilən açıqlamada bölgədə işlərin davam etdiyi bildirilib.
Mikayıl