Rusiya Ukraynanın Sumı vilayətinin Nikolayevka icması yaxınlığında mülki şəxsləri daşıyan mikroavtobusu dronla vurub.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar arasında 15 və 8 yaşlarında iki uşaq da var.
Onlardan biri, həmçinin bir yetkin şəxs ağır vəziyyətdədir.
/APA








































