Rusiya Müdafiə Nazirliyi Ukraynada 2 "Toçka-U” taktiki raketini vurduqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Ukraynada iki "Toçka-U” taktiki raketi vurulub.
Məlumata görə, Rusiya ordusunun Ukraynanın hərbi infrastruktur obyektlərinə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov gecə saatlarında 73 hərbi elementin təyyarələrlə vurulduğunu bildirib.
Konaşenkov onların arasında hərbi texnika, komanda mərkəzləri və 4 sursat arsenalının olduğunu qeyd edib:
"Donetskoye və Skelyuvat bölgələrində havada 2 "Toçka-U” taktiki raketi vurulub. Bu günə qədər 140 təyyarə, 496 pilotsuz uçuş aparatı, 253 hava hücumundan müdafiə raket sistemi, 2388 tank və zirehli texnika, 256 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 1029 haubitsa və minaatan, 2232 xüsusi təyinatlı hərbi texnika məhv edilib”.
Ayşən Mirzəyeva