Rusiya Müdafiə Nazirliyi bu gün vurduğu Ukraynaya aid hərbi obyektlərin sayını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, Rusiyanın hücumu nəticəsində Ukrayna hərbi infrastrukturuna məxsus 83 obyekt, 2 ədəd "Su-27s", 2 ədəd "Su-24s", 1 ədəd hərbi vertolyot, 4 ədəd "Bayraktar TB-2" sıradan çıxıb.
"Rusiya hərbi birləşmələrinin Xersona təhlükəsiz çıxışı təmin olunub, Şimali Krım kanalının blokadası aradan qalxıb, Krımın su təchizat bərpa edilib", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.