ANS PRESS xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Rusiya gümrüyü Ukraynadan gələn bütün malları “risk qrupuna” daxil edərək idxal və ixracı dayandırıb.Ukrayna İşəgötürənlər Federasiyası Rusiyanın məlum qərarı ilə bağlı açıqlama verib: “Bu problem iyulun 20-dən etibarən başlayıb. Ukraynadan məhsulları daşıyan bütün vasitələr Rusiya gömrük qapılarında səbəbsiz yerə ciddi şəkildə yoxlanılırdı. Qadağanın hansı müddətə qədər davam edəcəyi isə məlum deyil. Təəssüf ki, vəziyyət heç də “Roşen” şirkətilə məhdudlaşmır”.Xatırladaq ki, bir müddət əvvəl “Roşen”nin Rusiyaya idxalı dayandırılıb.Qeyd edək ki, məsələ ilə əlaqədar rəsmi bir açıqlama verilmir.