Rusiya Ukraynanı Avropanın “qucağına atdı”

DÜNYA
17:42 05.11.2013
990

Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynaya ölkənin qaz borcunun ödəməsi üçün Avropa İttifaqından pul istəməyi təklif edib və xəbərdarlıq edib ki, Kiyev Moskva ilə maliyyə münasibətlərinə yenidən baxmağa hazır olmalıdır.

AZXEBER.COM Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə o, “Reuters”ə müsahibəsində bildirib.S&P reytinq agentliyinin qiymətləndirməsinə görə, Ukrayna yaxın beş il ərzində defolt təhlükəsinin olduğu ölkələrin ilk onluğuna daxildir. Rusiya kreditləri olmasa ölkə üçün çətin olacaq.“Onlar daima bizə müraciət edirlər, məsələn, kreditə görə. Əgər onların Avropa İttifaqı ilə münasibətləri belə inkişaf edibsə, qoy o zaman Brüsseldən kredit alsınlar. Bizim də Aİ ilə münasibətlərimiz yaxşıdır. Mənə elə gəlir ki, bu tam normaldır, burada heç bir qısqanclıq yoxdur”, - deyə Rusiyanın baş naziri bildirib.Medvedev həmçinin növbəti dəfə bildirib ki, əgər Ukrayna borcunu ödəməsə (bu isə təqribən 900 milyon dollardı) “Qazprom”un ölkəyə tədarükü qüvvədə olan müqavilədə qeyd edildiyi kimi öncədən ödəmə sxeminə keçiriləcək.

OXŞAR XƏBƏRLƏR